AFFA işsiz və federasiyadan narazı məşqçiləri işlə təmin etmək üçün yollar arayır.

Rekord.az xəbər verir ki, onlardan bəzilərinə müəyyən vədlər verilib.

Təbii ki, həmin şəxslərin bundan sonra tənqid söyləməyəcəyinə dair söz verməsi şərti ilə. Kim AFFA-ya boyun əysə, onu işlə təmin edəcəklər. Düzdür, hələlik vakant yer yoxdur. Amma icraçı vitse-prezident Elxan Məmmədov yenidən seleksiyaçı məşqçilər qrupu yaradıb 10-a yaxın işsiz məşqçini ora cəlb etmək istəyir. Hərəsinə 1000-1500 manat aylıq maaşla. Lakin hələlik bununla bağlı qəti qərar verilməyib. Ola bilsin, başqa variantlar da gündəmə gəlsin.