
AFFA-dan Ulu Öndərin 100 illiyinə həsr olunan turnir
- 19 May 2023 13:15
- 473
Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.
Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar.
Komandalar 2 qrupa bölünəcək. Hər qrupda 5 komanda mübarizə aparacaq. Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.
Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. Oyunlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.
Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.