Zaman-zaman müzakirə olunan məsələlərdən biri də işğaldan azad olunmuş bölgələrə böyük futbolun qayıtmasıdır.

Rekord.az xəbər verir ki, bu məsələdə daha çox Xankəndinin adı hallanır.Gah MOİK-in bu şəhərə köçürüləcəyi deyilir, gah da yeni komandanın yaradılacağı haqda xəbərlər yayılır. 

Əldə etdiyimiz məlumata görə, sırf Xankəndi məsələsində AFFA təkbaşına qəra vermək səlahiyyətində olmayacaq. Yəni müstəqil olaraq Xankəndinin adını daşıyan komanda yaratmaq, yaxud bunu edənlərin Xankəndinə getməsinə icazə vermək filan kimi söhbətlər olmayacaq. Federasiya bu məsələdə birbaşa dövlətin mötəbər qurumları ilə məsləhətləşib onların fikirləri ilə hesablaşmalıdır.