Bu yaxınlarda Gəncədə Konstantin Abramenkonun 100 illik yubileyi münasibəti ilə "Kəpəz" veteranlarının təşkilatçılığı ilə futbol turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə bəzi diqqət çəkən məqamlar da olub.

Belə ki, turnirə AFFA da biganə qalmayıb. Federasiya sözügedın turnirin təşkilatçılığında xüsusi əməyi olan şəxsləri milli komandanın forması ilə mükafatlandırıb. Baş katib Sərxan Hacıyevin göndərdiyi hədiyyələr millinin məşqçisi Arif Əsədov tərəfindən ictiai fəal, "Kəpəz"in idarə heyətinin üzvü Mücadil Həsənov və iş adamı Çapay Məmmədova təqdim olunub. Arif Əsədov saytımıza açıqlamasında bu cür turnurlərin keçirilməsini yüksək qiymətləndirib və vacibliyini vurğulayıb. Təşkilatçılar həmçinin iş adamı "Davudoğlu" şirkətinin rəhbəri Nəcəf Novruzova da göstərdiyi dəstəyə görə təşəkkür edib.