“Abşeron Lions” “Şəki”yə qalib gəldi
- 16:00
- 30
Azərbaycan Basketbol Liqasının 16-cı turunda "Abşeron Lions" səfərdə "Şəki"ni məğlub edib.
Rekord.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son görüşü Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.
Turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.