Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Türkiyədə daha bir koronavirus testindən keçib. "Rekord.az" xəbər verir ki, qonşu ölkənin "Sarıyer Belediyespor" klubunda forma geyinən təcrübəli blokçumuzun və komanda yoldaşlarının növbəti test nəticələri məlum olub. 

"Sarıyer Belediyespor"un rəsmi sosial şəbəkə səhifəsində yerləşdirilən məlumata görə, komandanın bütün oyunçuları və texniki heyətinin testlərinin nəticəsi neqativ çıxıb. 

Xatırladaq ki, bundan əvvəlki yoxlamalar nəticəsində, ilk olaraq komandanın 8, daha sonra isə 1 üzvünün nəticəsi pozitiv çıxmışdı. Virusa yoluxanlar müalicə aldıqları müddətdə Ayşən və diigər komanda yoldaşları karatində saxlanılırdı. Hazırda komandanın bütün oyunçularının və texniki heyətinin sağlam olduğu bildirilir.