Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova beynəlxalq hazırlıq turnirində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu Yunanıstanda təşkil olunan Nomikia turnirində yerli "Markopoulou" kollektivi ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Ayşən və rəfiqələri quru hesabla qələbə qazanıblar - 3:0 (25:14, 25:15, 25:9). 

Komandasının çətinlik çəkmədən qalib gəldiyi qarşılaşmada millimizin kapitanı meydan sahiblərini 6 dəfə məyus edib.

Qeyd edək ki, "Vasas" turnirindəki ilk oyununda Kiprin "Olympiada" klubunu eyni hesabla üstələyib.