Futbol üzrə İtaliya A Seriyasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “İnter”in hücumçusu Romelu Lukaku ötən ayın ən yaxşısı elan edilib.

Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Lukaku fevralda A Seriyası çərçivəsində 4 oyuna çıxıb. Belçika yığmasının forvardı bu oyunlarda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.