Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi koronavirus pandemiyasına görə yarımçıq dayandırılan 2019/20 mövsümünün aqibətini müzakirə etmək üçün videokonfrans keçirib.

Rekord.az liqanın saytına istinadən xəbər verir ki, videokonfransda çempionatın qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib.

Bildirilib ki, A Seriyası ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət tam düzələndən sonra bərpa olunacaq.

Xatırladaq ki, əvvəlki qərara əsasən, İtaliya çempionatının mayda yenidən başlayacağı ehtimal olunurdu.