Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Sentyabrın 17-də götürülmüş koronavirus testininin nəticəsi 6 hakimdə pozitiv olub. Onlardan 4-ü əsas, 2-si köməkçi hakim olub.

Hakimlərin xəstəliyin simptomlarını daşımadığı və 14 gün karantində qalacağı bildirilib.