Yaponiyanın “Yokohama” klubunun futbolçusu Kadzuyosi Miura tarixə düşüb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi 53 yaşında meydana çıxaraq bu göstəriciyə imza atıb.

“Kavasaki Frontale” ilə matça (2:3) start heyətində çıxan oyunçu 56-cı dəqiqədə əvəzlənib. Miura son 13 ildə “Yokohama”nın heyətində aşağı dəstədə oynayıb.