Dani Alveş "Barselona" ilə yeni müqavilə imzalamaq ehtimalından danışıb.

Rekord.az xəbər verir ki, müdafiəçi klub nümayəndələri ilə hələ görüşmədiyini söyləyib:

"Klubdan heç kim bu haqda mənimlə danışmayıb. Heyətdə həm gənc, həm də yaşlı oyunçular var. Hər kəs oynamağa layiq olduğunu göstərməlidir".

​38 yaşlı futbolçunun sözləşməsi iyunda başa çatır. O, bu mövsüm 10 oyuna 1 qol vurub, 3 məhsuldar ötürmə edib.