“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Kəpəz”i qəbul edib.


Rekord.az xəbər verir ki, qərb derbisində 4:0 hesabı ilə qalib gələn Tovuz komandasının baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı nəticədən məmnun olduqlarını bildirib:


“Oyundan məmnunluq var. Son oyunda azarkeşləri sevindirə bildik. Dediyim kimi, məmnunuq, amma daha yaxşı oynaya bilərik.


Biz 2:5 hesablı məğlubiyyəti yadımızda saxlamışdıq. Amma oyundan qabaq belə böyükhesablı qələbə gözləmirdik.


“Turan Tovuz”dan milliyə oyunçu çağırılmaması ilə bağlı mən burda heç nə deyə bilmərəm. Bu, millinin baş məşqçisinin qərarıdır”.