Misli Premyer Liqasında 2024/25 mövsümünün bütün mükafatçıları bəlli olub.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın qızıl, “Zirə”nin gümüş medalı təmin etməsindən sonra bürünc mükafatçı 35-ci turda dəqiqləşib.

“Araz-Naxçıvan” “Şamaxı” ilə səfər oyunundan (0:1) sonra 3-cü yeri təmin edib. 

Premyer Liqanın bütün mükafatçıları 

mövsümçempionII yerIII yer
1992Neftçi (Bakı)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993Qarabağ (Ağdam)Xəzər (Sumqayıt)Turan (Tovuz)
1993/94Turan (Tovuz)Qarabağ (Ağdam)Kəpəz (Gəncə)
1994/95Kəpəz (Gəncə)Turan (Tovuz)Neftçi (Bakı)
1995/96Neftçi (Bakı)Xəzri (Buzovna)Kəpəz (Gəncə)
1996/97Neftçi (Bakı)Qarabağ (Ağdam)Xəzri (Buzovna)
1997/98Kəpəz (Gəncə)Dinamo (Bakı)Şəmkir
1998/99Kəpəz (Gəncə)ŞəmkirNeftçi (Bakı)
1999/2000ŞəmkirKəpəz (Gəncə)Neftçi (Bakı)
2000/01ŞəmkirNeftçi (Bakı)Viləş (Masallı)
2001/02Yarımçıq qalıb 

2002/03Keçirilməyib

2003/04Neftçi (Bakı)ŞəmkirQarabağ-Azərsun (Ağdam)
2004/05Neftçi (Bakı)Xəzər-LənkəranKarvan (Yevlax)
2005/06BakıKarvan (Yevlax)Neftçi (Bakı)
2006/07Xəzər-LənkəranNeftçi (Bakı)Bakı
2007/08İnter (Bakı)Olimpik (Bakı)Neftçi (Bakı)
2008/09Bakıİnter (Bakı)Simurq (Zaqatala)
 2009/10İnter (Bakı)BakıQarabağ (Ağdam)
2010/11Neftçi (Bakı)Xəzər LənkəranQarabağ (Ağdam)
2011/12Neftçi (Bakı)Xəzər Lənkəranİnter (Bakı)
2012/13Neftçi (Bakı)Qarabağ (Ağdam)İnter (Bakı)
2013/14Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2014/15Qarabağ (Ağdam)İnter (Bakı)Qəbələ
2015/16Qarabağ (Ağdam)Zirə (Bakı)Qəbələ
2016/17Qarabağ (Ağdam)Qəbələİnter (Bakı)
2017/18Qarabağ (Ağdam)QəbələNeftçi (Bakı)
2018/19Qarabağ (Ağdam)Neftçi (Bakı)Səbail (Bakı)
2019/20Qarabağ (Ağdam)Neftçi (Bakı)Keşlə (Bakı)
2020/21Neftçi (Bakı)Qarabağ (Ağdam)Sumqayıt
2021/22Qarabağ (Ağdam)Neftçi (Bakı)Zirə (Bakı)
2022/23Qarabağ (Ağdam)Sabah (Bakı)Neftçi (Bakı)
2023/24Qarabağ (Ağdam)Zirə (Bakı)Sabah (Bakı)
2024/25Qarabağ (Ağdam)Zirə (Bakı)Araz-Naxçıvan


Bu, “Araz-Naxçıvan”ın tarixində ilk medal olub. Muxtar Respublika təmsilçisi Azərbaycan çempionatları tarixində mükafat qazanan 20-ci komandadır. 1992-ci ildən keçirilən yarışda əvvəlki illərdə 19 klub “üçlüy”ə düşməyi bacarıb.

Premyer Liqanın mükafatçıları klublar üzrə:

klubIIIIII
Qarabağ (Ağdam)1243
Neftçi (Bakı)957
Kəpəz (Gəncə)312
Şamaxı234
Bakı222
Şəmkir220
Turan (Tovuz)112
Xəzər Lənkəran130
Zirə (Bakı)031
Qəbələ023
Xəzər (Sumqayıt)020
Xəzri (Bakı)011
Karvan (Yevlax)011
Sabah (Bakı)011
Olimpik (Bakı)010
Simurq (Zaqatala)001
Viləş (Masallı)001
Səbail (Bakı)001
Sumqayıt001
Araz-Naxçıvan001


Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.