
2-ci Liqanın qalibləri mükafatlandırıldı - VİDEO
- 22 May 2025 22:00
- 38
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimində turnirin qalibi “Şahdağ Qusar” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Rekord.az xəbər verir ki, məğlub olmadan çempionluq qazanan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər. Ardınca “Şahdağ Qusar” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Tədbirdə həmçinin “Şəfa” komandasına gümüş, “Şimal” kollektivinə isə bürünc medallar təqdim olunub. Turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub. “Şəmkir” klubunun hücumçusu Vidadi Cəfərov 31 qolla İkinci Liqada 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçilib.