17-ci tura yekun vurulur
- 11:30
- 28
Azərbaycan Basketbol Liqasında bu gün 17-ci tura yekun vurulacaq.
Rekord.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Şəki" evdə "Neftçi"ni qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.
Turun son matçı Bakı İdman Sarayında NTD və "Sabah" komandaları arasında baş tutacaq. Bu görüş saat 18:00-da start götürəcək.
Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107), "Abşeron Lions" "Gəncə"ni (81:71), "Ordu" isə "Quba"nı (98:87) məğlub edib.