Bu gün 16 yaşlı və 16 yaşadək voleybolçu qızların  birinciliyində növbəti oyunlar keçirilib. "Rekord az" xəbər verir ki, AVF-nin idman zalında təşkil olunan yarışda ümumilikdə beş görüş baş tutub.
Qeyd edək ki,  “Ryuga”nın iki oyunçusunda qızılca xəstəliyi aşkarlandığından komanda rəhbərliyi bu gün keçirilməsi nəzərdə tutulan “AZERRAIL-3” - “Ryuga qarşılaşmasının vaxtının dəyişdirilməsi ilə bağlı AVF-yə müraciət edib. Təxirə salınan bu matçın keçiriləcəyi tarix haqqında məlumat yaxın günlərdə veriləcək.

Oyunların nəticələri:
   “Abşeron” - “AZERRAIL-1” (0:2)
   “AZERRAIL-2” - “Xarı Bülbül Şuşa” (1:2)
   “AZERRAIL-4” - “Bakı klubu” (2:0)
   “Milli Aviasiya Akademiyası” - “Sumqayıt” (0:2)
   “Zəngəzur” - “İlkin klubu” (2:0)