16-cı tura yekun vurulacaq
- 13:30
- 36
Azərbaycan Basketbol Liqasında bu gün 16-cı tura yekun vurulacaq.
Rekord.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Əvvəlcə "Şəki" evdə "Abşeron Lions"la üz-üzə gələcək. Qarşılaşma saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək.
Turun son görüşü Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85) məğlub edib.