Azərbaycan 1-ci Liqasının 2024/2025 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.

Rekord.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.

Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.

“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” ikinci, “Mingəçevir” üçüncü olub.

VIII və XXIV turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, V turun “Karvan” – “İmişli”, VII turun “Karvan” – “Cəbrayıl” və XXII turun “İmişli” – “Karvan” görüşləridir.