Azərbaycan 1-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi olan MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.


Mükafatı futbolçuya 26-cı turun MOİK - "Mingəçevir" matçından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.