Ziyeşin yeni komandası bəlli oldu
- 18:30
- 23
Mərakeş millisinin üzvü Hakim Ziyeş Braziliyanın "Botafoqo" komandasına transfer olunub.
Rekord.az Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Yarımmüdafiəçinin son klubu Mərakeşin "Vidad" komandası olub. O, 2025-ci ildən bu kollektivin heyətində 16 matça çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində Qətərin "Əl-Duhail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da çıxış edib. O, Mərakeş millisinin heyətində keçirdiyi 64 oyunda 25 dəfə fərqlənib.