Afrika Millətlər Kubokunda Kamerunla qarşılaşacaq Mozambik yığmasının heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var. Bu barədə Mozambik Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Klesio Bauk "Zirə"yə 2020/21 mövsümünün əvvəlində "Qəbələ"dən keçib. Millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. 

Qeyd edək ki, Mozambik yığması Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.