"Zirə"də "Danimarka vəziyyəti"
- 13:00
- 48
"Turan Tovuz"un avrokuboklara getməyəcəyi dəqiqləşərsə, onları "Zirə" əvəzləyəcək.
Lakin Rekord.az xəbər verir ki, "Zirə" hazırda 1992-ci ildəki Danimarka millisinin vəziyyətindədir.
Həmin vaxt Avropa çempionatından kənarda qalan danimarkalılar bütünlüklə istirahətə yollanmışdı. Lakin siyasi səbəblərdən Yuqoslaviyanın çempionatdan kənarlaşdırılması səbəbindən Danimarka AÇ-a qatılmalı oldu. Həmin vaxt Danimarka Futbol Federasiyası futbolçuları çimərliklərdən toplayıb Avropa çempionatına aparmışdı. İndi də "Zirə"nin Konfrans Liqasına qatılacağı dəqiqləşsə, Rəşad Sadıqov futbolçularını istirahətdən geri qaytarmalıdır. Nəzərə alaq ki, bir neçə futbolçu ilə yollar ayrılıb, onların yerinə isə demək olar ki, yeni transfer yoxdur. Amma məsələ təsdiqlənsə, "Zirə" qısa müddətdə bir araya gəlib Konfrans Liqasına hazırlaşmalıdır.