Futbol üzrə İsveçrə millisinin və İtaliyanın “Yuventus” klubunun sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını başa vurub. 

Rekord.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Keçmiş müdafiəçi 36 yaşında futbolla vidalaşıb. 

Lixtştayner İtaliyanın "Yuventus" və İngiltərənin "Arsenal" klubunun formasını geyinib. Müdafiəçi 7 dəfə İtaliya çempionu olub, "Arsenal"la isə 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4.

Son olaraq Almaniyanın "Auqsburq" klbunda çıxış edən futbolçu İsveçrə millisində 108 oyuna çıxıb.