Yüksək Liqada növbəti oyunlar keçirilib
- 21:24
- 38
Voleybol üzrə ölkə birinciliyində qadınların mübarizəsində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 15-ci turun digər görüşləri baş tutub.
UNEC VK-nın idman zalında UNEC və "Gənclər" klubları üz-üzə gəliblər. Matç gözlənildiyi kimi meydan sahiblərinin quru hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son qarşılaşması "Milli Aviasiya Akademiyası" və "Turan" komandaları arasında olub. Gərgin keçən görüşün ilk iki setində meydan sahibləri üstün olublar. Lakin Tovuz təmsilçisi bundan sonra təşəbbüsü ələ ala bilib. Ardıcıl üç hissəni aktivinə yazdıran "Turan" oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.
Yüksək Liqa
27 fevral
XV tur
“Milli Aviasiya Akademiyası” – “Turan” 2:3 (25:23, 25:23, 18:25, 20:25, 6:15)
UNEC – “Gənclər” 3:0 (25:7, 25:15, 25:8)