Yüksək Liqada 1/4 final oyunlarının tarixi bəlli oldu
- 12:15
- 35
Qadın voleybolçuların Yüksək Liqasında 1/4 mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı müəyyənləşib. "Rekord.az" xəbər verir ki, bu mərhələyə martın 27-də start veriləcək.
İlk 1/4 final görüşləri martın 27 və 28-də keçiriləcək. 2 və 3 aprel tarixlərində isə bu mərhələnin cavab qarşılaşmaları baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsində 1/4 və 1/2 final görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki oyunun nəticəsinə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyən etmək üçün “qızıl set” oynanılacaq. Bürünc və qızıl medal uğrunda görüşlər isə bir oyundan ibarət olacaq.
Yüksək Liqa
1/4 final (1-ci oyun)
27 mart
15:00. “Murov Az Terminal” – “Turan”
17:00. “AZERRAIL” – “DH Volley”
28 mart
15:00. “Abşeron” – “Milli Aviasiya Akademiyası”
17:00. UNEC – “Gəncə”
Yüksək Liqa
1/4 final (2-ci oyun)
2 aprel
16:00. “Turan” – “Murov Az Terminal”
18:00. “DH Volley” – “AZERRAIL”
3 aprel
16:00. “Milli Aviasiya Akademiyası” – “AZERRAIL”
18:00. “Gəncə” – UNEC