“Neftçi”nin müdafiəçisi “Şəfa” ilə matçı buraxacaq
- 19:00
- 24
“Neftçi”nin Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Şəfa” ilə matçın hazırlığı yekunlaşıb.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.
Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu matçda iştirak etməyəcək.
“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şəfa” matçı bu gün saat 20:30-də başlayacaq.