Xəbər verdiyimiz kimi, növbəti mövsümdən Yevlaxın "Karvan" komandasının I Diviziona dönüşü gözlənilir.

Rekord.az xəbər verir ki, AFFA da gözəl bazası olan bu komandanın çempionatda iştirakının tərəfdarıdır və həm yerli icra hakimiyyəti, həm də klubun sahibi olan şəxslərlə söhbət də olub.

Daxil olan son məlumata görə isə, Yevlax stadionunda müəyyən təmir işlərinə də başlanılıb və ehtimal ki, bu təmir stadionun I Diviziona hazırlanmasına hesablanıb.