“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
- 03:00
- 28
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”.
Rekord.az xəbər verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Yaponiya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis heç-heçəni şərh edib:
"Matça yaxşı başladıq və oyuna nəzarət bizdə idi. Lakin ikinci hissədə ritmi bir qədər itirdik və bu da rəqibə hesabı bərabərləşdirmək imkanı verdi. Yaponiya yaxşı təşkil olunmuş komandadır və bunu meydanda göstərdi. Qələbəni əldən vermək məyusedicidir, amma komandanın ümumi performansında müsbət məqamlar da var".
Niderland - Yaponiya matçı 2:2 hesablı bərabərliklə başa çatıb.