İspaniya millisinin futbolçusu Lamin Yamal "Barselona" klubunda yeni rekorda imza atıb.


Rekord.az xəbər verir ki, gənc vinger buna evdə İtaliyanin "İnter" komandası ilə heç-heçə etdikləri (3:3) Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.


Kataloniya təmsilçisində 100-cü qarşılaşmasına çıxan 17 yaşlı oyunçu bu rəqəmə ən tez çatan futbolçudur.


Əvvəlki rekord Qaviyə (19 yaş, 30 gün) məxsus olub.


Yamal 2023-cü ilin aprelində "Barselona"da debüt edib. O, cari mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.