Cəbrayılın "Xan Çinar" komandası ilk seçim mərhələsini keçirib.

Rekord.az xəbər verir ki, "Bank Respublika Arena"nın ehtiyat meydançasında baş tutan seçimlərdə yaşı 15-35 arası olan xeyli futbolçu iştirak edib.

Onların arasından  seçilənlər seçimlərin ikinci mərhələsinə cəlb olunacaq. İkinci mərhələdə artıq yoxlama görüşləri keçiriləcək və ən güclülər komandada saxlanılacaq.