"Qarabağ" Sinenkanı istəyir! - ÖZƏL
- 14:00
- 177
"Qarabağ" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir. "Rekord.az" xəbər verir ki, hədəfdəki oyunçulardan birinin adına aydınlıq gəlib.
Bu, qapıçı Andrey Sinenkadır.
Ağdam təmsilçisi belaruslu qolkiperin çıxışını yaxından izləyir və hətta meneceriylə ilkin danışıqlar da aparıb. "İmişli" ilə müqaviləsi bu yayda bitəcək 28 yaşlı futbolçu bu keçidə müsbət yanaşdığını da agenti vasitəsilə qarşı tərəfə çatdırıb.
Sinenka "Qarabağ"da Fabian Buntiçin əvəzləyicisi kimi düşünülür. Almaniyalı qolkiper yetəri qədər oynamamağından narazıdır və yayda klubunu dəyişmək istəyir. Qurban Qurbanov bunu nəzərə alaraq indidən onun yerini doldurmaq üçün hərəkətə keçib.