Futbol üzrə Gürcüstan çempionatında 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dila Qori” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu komandasının start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 17 oyunda cəmi 9 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.