İbrahima Vacinin "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məsələyə münasibət vildirib.

Klub rəsmisinin bu məsələ ilə bağlı "Futbol plus"a açıqlaması belə oldu:
 

"İbrahima Vaci ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. O, müqavilə ilə komandamıza məxsus futbolçudu. Bizimlə birlikdə Antalya toplanışına gedəcək. Bundan sonra da ona güvənimiz sonsuzdu. Bu xəbərlər qəti şəkildə həqiqəti əks etdirmir. Fürsətdən istifadə edib həmkarlarıma demək istəyirəm ki, bu tip xəbərlər yayılan zaman klubun mövqeyini öyrənməyə çalışsınlar".