U-18 millimiz yenə bütün rəqiblərinə uduzdu
- 15:52
- 38
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində mübarizəsini başa vurub. "Rekord.əz" türkiyəli mütəxəssis Şahin Çatmanın baş məşqçisi olduğu komandamız yenə bütün oyunlarda quru hesabla uduzub.
Martın 27-də İspaniyanın Kadis şəhərində start götürən yarışda C qrupunda yer alan yığmamız meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları ilə qarşılaşıb. Millimiz hər üç görüşdə məğlub olub.
Qeyd edək ki, AVRO-2026-nın ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparıb və qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanıb.
2026 Avropa Çempionatı (2-ci təsnifat mərhələsi)
C qrupu
İspaniya – Azərbaycan 3:0 (25:10, 25:19, 25:17)
Niderland – Azərbaycan 3:0 (25:11, 25:12, 25:16)
Azərbaycan – Estoniya 0:3 (15:25, 20:25, 15:25)