İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi Türkiyə millisinin “Vilyarreal”da forma geyinən hücumçusu Enes Ünalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı forvard Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.

İspaniya mətbuatının iddiasına görə, “Xetafe” bu transfer üçün “Vilyarreal”a 9 milyon avro ödəyib.

Geridə qalan mövsümdə icarə əsasında “Valyadolid”də çıxış edən Enes Ünal bu komandada 37 oyuna çıxıb, 8 qola, 2 məhsuldar ötürməyə imza atıb.