Türkiyə millisindən 21-ci əsrin antirekordu
- 16:00
- 32
Türkiyə millisi dünya çempionatında qeyri-adi antirekordla yadda qalıb.
Rekord.az xəbər verir ki, "ay-ulduzlular" Avstraliyaya 0:2 hesabı ilə uduzduğu qrup mərhələsi oyununda rəqib qapısına 30 zərbə endirsə də, qol vura bilməyib.
Bununla da türklər 21-ci əsrdə dünya çempionatlarında qapıya ən azı 30 zərbə vurub məğlub olan ilk komanda olublar.
Matçda topa nəzarətdə də böyük üstünlüyə malik olan Türkiyə yığması oyunun böyük hissəsində təşəbbüsü əlində saxlayıb. Lakin Avstraliyanın müdafiəsi və qapıçısı etibarlı çıxış edərək qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Türkiyə millisi qrupda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır.