Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi çilili hücumçu Junior Fernandesi heyətinə qatıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” klubundan transfer olunan futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. 32 yaşlı forvard yeni komandasında “9” nömrəli formanı geyinəcək. BƏƏ klubu ilə müqaviləsini ləğv edən Fernandes azad agent statusu daşıdığı üçün “Başakşəhər” heç bir təzminat ödəməyib.

Qeyd edək ki, Junior Fernandes daha öncə də Türkiyədə oynayıb. O, 2017-2020-ci illər aralığında formasını geyindiyi “Alanyaspor”da 108 oyuna 37 qol vurmuşdu.