“Turan Tovuz”da sayt problemi hələ də davam edir. Halbuki daha öncə klubdan aldığımız məlumata görə internet ünvanı sentyabrın sonunda istifadəyə verillməliydi.

Maraqlıdı, Tovuz təmsilçisinin rəsmi saytının fəaliyyətə başlamasına nə mane olur? Bu haqda məlumat almaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq.

Rekord.az xəbər verir ki, onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
 

“Hazırda kiçik bir problem var. O da aradan qaldırılmalıdı. Bizdə bu işləri görən şirkət var. Konkret bir gün deyə bilmirəm. Çünki bəzi səbəblərə görə müddət uzanır. Amma hazırda son tamamlama işləri görülür. Nə vaxta tam hazır olacağı məlum deyil. Böyük ehtimalla oktyabrın ortalarına saytımız istifadəyə veriləcək”.