“Turan Tovuz”da yeni futbolçu
- 20:55
- 20
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, son olaraq “Sumqayıt”ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç bundan sonra Tovuz klubunun uğurları üçün çalışacaq.
Tərəflər 3 illik müqavilə imzalayıblar.
26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında da çıxış edib.