"Turan Tovuz"da maddi məsələlər hələ də yoluna qoyulmayıb.

Rekord.az xəbər verir ki, büdcəsi hələ də təsdiqlənməyən Qərb təmsilçisi hələ də dövlətdən gələcək dəstəyi gözləyir.

Saytımıza daxil olan məlumata görə, futbolçuların avqust ayı üçün əmək haqqları da tam olaraq ödənməyib. Sentyabr ayının maaşı isə, tam olaraq qalır. AFFA-dan vəd verilib ki, gələn həftəyə kimi avqust ayının maaşları tam ödəniləcək.