"Turan Tovuz"la bağlı davam edən müəmma "Neftçi"ni də çətin vəziyyətdə qoyub.

Rekord.az xəbər verir ki,  məhz tovuzluların məsələsi açıq qaldığı üçün "ağ qaralar" da nə zaman ölkə xaricinə yollanacağına qərar verə bilmir.

İlkin plan belə idi ki, komanda iyunun 10-da Bakıda bir araya gəlib, 18-də Sloveniyaya təlim-məşq toplanışına yollanmalı idi. Lakin "Turan Tovuz" avrokuboklarda kənarda qalarsa, onları "Zirə" əvəz edəcək və bu zaman "Neftçi" Konfrans Liqasında mübarizəyə II mərhələdən başlayacaq. Belə olan halda Sloveniyaya bir qədər gec yollanmaq daha məqbul olacaq. Lakin dediyimiz kimi, "Turan Tovuz"la bağlı məsələ dəqiqləşmədiyi üçün "Neftçi" də hazırlıqla bağlı planını qətiləşdirə bilmir.