“Tottenhem”in baş məşqçisi İqor Tudorun komandadan qovulması İngiltərə Premyer Liqasında ən sürətli ayrılıqlar sırasına düşüb.


Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin qovulması Premyer Liqa tarixində ən sürətli beş ayrılıqdan biri kimi qeydə alınıb.


Tudor London klubunda cəmi 44 gün çalışıb və onun rəhbərliyi altında keçirilən 7 oyunda komanda yalnız 1 qələbə qazana bilib.


Premyer Liqa tarixində daha sürətli istefalar yalnız bir neçə məşqçiyə aiddir: Les Rid (41 gün – “Çarlton”), Angelos Postekoqlu (40 gün – “Nottingem Forest”) və Sem Ellardays (31 gün – “Lids”).


Siyahıda müvəqqəti baş məşqçilər nəzərə alınmayıb.