Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Danilo Sikan "Anderlext"ə (Belçika) keçib.


Rekord.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.


Qeyd edək ki, hücumçu ötən mövsümün ortasında "Trabzonspor"a keçmişdi. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 34 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.