Dünən keçirilən "Turan Tovuz" - "Zirə" matçından sonra tovuzlu balaca futbolsevərlər "Zirə"nin futbolçuları ilə şəkil çəkdirmək üçün sıraya düzülmüşdülər.

Rekord.az xəbər verir ki, onlar əsasən legioner futbolçularla şəkillər çəkdirirdilər.

Bu zaman Coşqun Diniyev də avtousa yaxınaşdı və həmin uşaqlar Diniyevi də legioner zənn edib ona "plase foto" deyə müraciət etdilər. Bu zaman başındakı "kapşonka"nı açan Coşqun gülərək uşaqlara azərbaycanlı olduğunu bildirdi. Bu mənzərə ətrafdakıların da üzündə təbəssüm oyatdı.