"Tottenhem"dən 20 milyonluq transfer
- 2020-08-07 15:42
- 653
"Tottenhem" heyətinə yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, London təmsilçisi "Sauthempton"dan danimarkalı futbolçu Pyer-Emil Heyberqi 20 milyon avroya transfer edib.
25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Sauthempton" isə "Tottenhem"in müdafiəçisi Kayl-Uolker Pitersi 15 milyon avro qarşılığında rənglərinə bağlayıb.