“Təkrara baxdım, mənə görə, penalti idi” - Qurban Qurbanov
- 18:40
- 37
“Qarabağ” bu gün Misli Premyer Liqasının 25-ci turunda “Kəpəz”lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Azər Bağırovun komandasını təbrik edirəm. Xeyli sayda azarkeşimiz var idi, yaxşı atmosfer yaratmışdılar. Belə… futboldur. Rəqib istəkli idi, qalib gəldi. Azər müəllim yaxşı komanda formalaşdırıb.
Biz matçlara qətiyyən rahat çıxmırıq, əvvəlki oyunda ola bilər, komanda bir az yorğun olmuşdu. Dediyim kimi, bu oyuna çox yaxşı hazırlaşmışdıq. Futbolçularda da günah yoxdur. İstəkli idilər, sadəcə alınmadı.
Penalti epizodu ilə bağlı onu deyə bilərəm ki, mən bir az narazılıq edəndə böyük görünür. Təkrara baxdım, mənə görə, penalti idi.
Şahrudin Məmmədəliyev komanda ilə birgə məşq etməsə də, texniki çalışmalarını davam etdirir. Ola bilər ki, təcrübəsinə görə milli komandanın heyətinə dəvət olunub”.