"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze hazırda sərəncamında olan qapıçılardan narazıdı.

Rekord.az-a daxil olan məlumata görə, komanda Premyer Liqada qalacağı təqdirdə mütləq şəkildə yeni legioner qapıçı alınacaq.

Hətta digər məlumata görə, Sxadadze vətəni Gürcüstanda "Qəbələ" üçün qapıçı axtarışına çıxıb. Yaxın çevrəsindən də bu məsələdə kömək istəyib.