"Sumqayıt"ın futbolçusu Kənan Feyziyev əməliyyat olunub.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Azərbaycan Premyer Liqasının 32-ci turunda, "Zirə" ilə matçın gedişində zədələnən gənc müdafiəçinin Türkiyənin paytaxtı Ankaradakı əməliyyatı uğurlu keçib.


Qeyd edək ki, ön çarpaz bağ və menisk əməliyyatı keçirən Kənan Feyziyevin 6-9 ay sonra yaşıl meydanlara dönüşü gözlənilir.