“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.

Rekord.az xəbər verir ki, yanvarın 5-dən 18-dək Lara bölgəsində yerləşən “Concord Deluxe” otelində məskunlaşacaq

“Sumqayıt” FK bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. 12 və 17 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi hələlik bilinmir. Klubun mətbuat katibi Rəşad Məmmədov saytımıza açıqlamasında bildirib ki, hazırda potensial rəqiblərlə danışıqlar gedir: "Toplanışı və orada keçiriləcək yoxlama görüşlərini təşkil edən şirkət bu məsələ üzərində işləyir. Mümkün rəqiblərin adları bizə təqdim olunub və biz də seçimimizi edib onlara vermişik. Gerisi həmin şirkətlə bizə təqdim edilən komandaların danışığından asılıdır. Yəqin ki, yaxın günlərdə bu məsələ də dəqiqləşəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".